İran genişmiqyaslı HÜCUMA BAŞLADI

İsrailin Negev bölgəsinin şərq və mərkəzi hissələrində, Dimona, Arad və Yeruham şəhərlərində hava həyəcanı siqnalları səslənib.
Avtosfer.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan ballistik raketləri aşkarlayıb.
Bildirilir ki, Dimona istiqamətində atılan raketlərdən biri zərərsizləşdirilib.
Bundan əlavə, Yəməndəki husilər də İsrailə qarşı fəaliyyətlərini davam etdirir. Onlar gecə saatlarında Eylat istiqamətində pilotsuz uçuş aparatı göndəriblər, lakin bu hədəf də zərərsizləşdirilib.
İsrail ordusu səhər saatlarında İran tərəfindən ölkə istiqamətində yeni raket buraxılışlarının olduğunu və onların qarşısının alınması üçün müdafiə sistemlərinin işlədiyini açıqlayıb.
İsrail mediasının məlumatına görə, səhər saatlarından artıq dördüncü raket buraxılışı qeydə alınıb. Son hücumun cənub istiqamətində həyata keçirildiyi və Beer-Şeva bölgəsinin də təhlükə altında olduğu bildirilir./konkret.az
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












