İrana keçməyə çalışanlar güllələndi

İyunun 29-da İran sərhədçilərinin atəş açması nəticəsində Əfqanıstan vətəndaşları arasında ölən və yaralananlar olub. Hadisə Herat vilayəti yaxınlığındakı sərhəd ərazisində baş verib. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Afghanistan International” məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində azı iki nəfər həlak olub. Hadisə Herat vilayətinin Kəmanə və Bünyad Xan sərhəd kəndləri yaxınlığında baş verib. Məlumata görə, bir qrup şəxs İran ərazisinə keçməyə cəhd edərkən sərhədçilərin atəşinə məruz qalıblar.
Yaralıların müalicə üçün Herat şəhərinə aparıldığı qeyd edilib. İran ərazisində atəşə tutulan qrupun digər üzvlərinin taleyi və vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur.
İran sərhədçiləri bundan əvvəl də ölkəyə keçməyə çalışan Əfqanıstan vətəndaşlarına atəş açmaqda ittiham olunublar. May ayında “Hal Vash” təşkilatı bildirmişdi ki, Sistan-Bəlucistan vilayəti ərazisində sərhədçilərin açdığı atəş nəticəsində azı üç Əfqanıstan vətəndaşı həlak olub, dördü isə yaralanıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












