"İrşad Electronics"in əməkdaşına cinayət işi açıldı - FOTO

“İrşad Electronics”də korporativ satış şöbəsinin rəhbəri olmuş Ruslan Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Hüseynov dələduzluqda ittiham olunur.
Sözügedən şəxs 1 ay əvvəl “İrşad Elektronics” tərəfindən əsassız ittihamlarla üzləşdiyini demişdi. Ruslanın sözlərinə görə, öhdəlikləri yerinə yetirsə də, bir müştərinin məhsul alıb pulunu verməməsi bütün həyatını və karyerasını alt-üst edib. “İrşad Electronics”in nümayəndələri ona zəng edərək nöqsanına görə 240 000 manat maddi ziyanın olduğunu bildiriblər.
Bu günlərdə isə Ruslan Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Bu maddələrlə təqsiri sübuta yetirilsə, 10 ilə kimi həbs edilə bilər.
Ruslanın vəkili Vüqar Əliyev saytımıza açıqlamasında deyib ki, prokurorluq müvəkkilinə eyni gündə ittiham elan edib və ilkin istintaqı yekunlaşdırıb. Ardınca iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vəkil ittihamı qəbul etmədiklərini, ilk məhkəmə iclasında pozuntular olduğu üçün işin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılmasını tələb edəcəklərini bildirib.
Cinayət işini hakim Azər Tağıyev araşdıracaq. İlk iclas bu ayın 15-i keçiriləcək.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












