İş adamının yeniyetmə nəvəsinin qadını güllələməsinin yeni təfərrüatı - FOTO

Ağdaş rayonunda yeniyetmə oğlanın qonşu qadını güllələməsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 14 yaşlı M.Əliyev tez-tez atasına məxsus tir tüfəngi ilə küçədə və çöllük sahədə güllə atırmış.
O, həmin gün də yaşadığı küçədə eyni hərəkətləri edib. M.Əliyev küçənin bir tərəfində dayanıb qarşı tərəfdə hədəf nöqtə təyin edib və həmin nöqtəyə atəş açıb. Yeniyetmə iki dəfə hədəfi nişan alsa da, onu vura bilməyib. Bundan əsəbiləşən M.Əliyev üçüncü dəfə hədəfə atəş açıb. Nəticədə güllə küçədə olan qadına dəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Məlumata görə, M.Əliyevin babası Məhəmməd Əliyev rayonun ən tanınmış biznesmenlərindəndir. Onun Ağdaş, Göyçay və Mingəçevirdə tikinti materialları mağazaları, restoran və digər obyektləri var.
O da iddia olunur ki, yeniyetmə rayon ərazisində və yaşadığı küçədə dəfələrlə hədəfə atəş açıb və onun bu əməlləri sakinlər tərəfindən narazılıqla qarşılanıb. Lakin o, bu narazılıqlara məhəl qoymadan əməlinə davam edib. Babası Məhəmməd Əliyevə görə isə yeniyetmənin bu əməlləri barədə aidiyyəti qurumlara məlumat verən olmayıb. Yalnız sonuncu dəfə baş verən hadisədən sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












