"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovanı balta ilə öldürməyə cəhd edib. O, həyat yoldaşına ağır xəsarətlər yetirib.
Hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.
C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmış.
C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıb. Hadisə baş verəndə isə Tural evdə olmayıb. Hadisə günün səhər saatlarında Gülzəndə işə gedərkən Ceyhun ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib və ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Ceyhun onu qısqandığını bildirib və "işə getsən, səni öldürəcəyəm" deyib. Gülzəndə isə ona "səndə o kişilik yoxdur" deyib. Bu sözdən əsəbiləşən Ceyhun evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən uzaqlaşaraq Ağdam Rayon Polis şöbəsinə gedərək, "arvadımı öldürmüşəm" deyib təslim olub.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












