İşıqforu saymayan qadın avtomobil yaxınlaşarkən yolu keçdi - VİDEO

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsinin köməkçi yolunda piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, qadın piyadalar işıqforun yaşıl siqnalını gözləmədən, həmçinin yolu müəyyən olunmamış hissədən keçərək təhlükəli vəziyyət yaradıblar. Hətta onlardan biri sürücünün sürəti azaltmasına baxmayaraq, avtomobil yaxınlaşdığı anda yolu keçir.
Ərazidə piyada keçidinin mövcud olduğu da videoda aydın şəkildə görünür.
Bu cür davranışlar piyadaların özlərini riskə atmaqla yanaşı, sürücüləri də qəfil və təhlükəli manevrlərə məcbur edir. Xüsusilə intensiv hərəkətin olduğu küçələrdə bir neçə saniyə “qənaət etmək” istəyi bəzən daha ağır nəticələrə səbəb ola bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












