İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO

Paytaxtın Babək prospektində qayda pozan piyada avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib.
Hadisə iyulun 11-də saat 22:12 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, orta yaşlı kişi yolun hərəkət hissəsində dayanaraq avtomobillərin hərəkətinə mane olub və qəza riski yaradıb. Küçənin işıqlandırılmaması isə vəziyyəti daha da təhlükəli edib.
Görüntünü qeydə alan sürücü piyadanı xəbərdar edərək yoldan çəkilməsini istəyib. Lakin qayda pozan şəxs sürücüyə “Mən 20 il cərimədə işləmişəm” deyərək davranışına haqq qazandırmağa çalışıb.
İzləyicinin iddiasına görə, sözügedən piyada hadisə zamanı sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyadalar yalnız müəyyən edilmiş yerlərdən yolu keçməli, hərəkət hissəsində dayanaraq nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar. Xüsusilə gecə saatlarında və işıqlandırmanın zəif olduğu ərazilərdə, eləcə də sərxoş vəziyyətdə yola çıxmaq həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












