İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı; bu cəza verildi

Bakıda xadimə işlədiyi evdən dəyəri 80 500 manat olan 6 üzük oğurlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ev sahibi Orxan İsmayılovun (soyadlar şərtidir) şikayətindən sonra həmin evdə çalışan 1993-cü il təvəllüdlü Gülər Abbasova saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, gənc qadın oğurladığı üzüklərin bir neçəsini “Moskva” univermağında satıb. O, daha sonra brilyant qaşlı bütün qızılları geri alaraq qaytarıb.
İş üzrə keçirilən məhkəmə prosesində O.İsmayılov xadimədən şikayətçi olmadığını bildirib.
Məhkəmə qadının oğurladığı qızılları geri qaytarmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq, onun barəsində həbslə bağlı olmayan hökm çıxarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Abbasovaya 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












