İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI

İtaliya vergi orqanları "Formula-1" pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, idmançılar ölkə ərazisində baş tutan Qran-pri yarışlarından əldə etdikləri gəlirlərə görə əlavə vergi ödəməli ola bilərlər.
Nəşrin məlumatına əsasən, İtaliyanın maliyyə polisi artıq hərəkətə keçərək pilotlara xüsusi məktublar göndərib. Onlardan 2025-ci il üçün vergi bəyannamələrini təqdim etmək və hakimiyyət orqanları ilə şəxsən, yaxud nümayəndə vasitəsilə əlaqə saxlamaq tələb olunur. Bununla yanaşı, İtaliya tərəfi əvvəlki illər üzrə vergi qanunvericiliyinə necə əməl olunduğunu da dərindən yoxlamaq niyyətindədir.
İtaliya qanunlarına görə, ölkə ərazisindəki yarışlarda iştirak edən əcnəbi idmançılar burada qazandıqları gəlirlərdən mütləq vergi ödəməlidirlər. Lakin indiyədək bu qaydanın tətbiqində ardıcıllığın olmaması hazırkı genişmiqyaslı yoxlamalara əsas səbəb kimi göstərilir.
Gəlirlərin dəqiq mənzərəsini yaratmaq məqsədilə vergi orqanlarının pilotların müqavilələrinə və sponsorluq sazişlərinə çıxış tələb edəcəyi bildirilir. Əgər ödənilməyən verginin məbləği 50 min avronu keçərsə, bu, artıq cinayət əməli kimi tövsif oluna bilər. Üstəlik, qayda pozucularını borcla yanaşı, olduqca iri məbləğdə cərimələr də gözləyir.
Qeyd edək ki, son illərdə "Formula-1" yarışları İtaliyanın üç fərqli trasında - Montsa (İtaliya Qran-prisi), İmola (Emiliya-Romanya Qran-prisi) və 2020-ci ildə Muccelloda (Toskana Qran-prisi) keçirilib. İtaliya Hesablama Palatası hər üç əyalətdə müvafiq yoxlamaların aparılması barədə xüsusi tapşırıq verib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












