İtkin düşən vəkil meşədə ölü tapıldı - FOTO

Leninqrad vilayətində avqustun 10-da itkin düşən vəkil Şamil Axayev ölü tapılıb.
Avtosfer.az xəbər verir ki, Axayevin meyiti beş gün davam edən axtarışlardan sonra meşəlik ərazidə aşkarlanıb.
Meyitdə boğulma izlərinin olduğu bildirilir.
Vəkil Şamil Axayev avqustun 10-da itkin düşüb. Həmin gün o, Repino qəsəbəsinə gedərək dostu ilə restoranda görüşməyi planlaşdırıb. Bir neçə saat sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Restoran əməkdaşları Axayevin yaxınlarına onun həmin məkana gəlmədiyini bildiriblər.
Yaxınlarının sözlərinə görə, Axayev peşə fəaliyyəti ilə əlaqədar ona təhdidlər gəldiyini deyib. Son vaxtlar o, izlənilməkdən ehtiyat etdiyi üçün çatdırılma xidmətlərindən istifadə etməyib, taksi sifarişlərini isə oğlunun telefonundan verib.
Şamil Axayev Sankt-Peterburq vəkili olub. O, bir sıra digər böyük cinayət işləri də daxil olmaqla, geniş rezonans doğuran məhkəmə proseslərində iştirakı ilə ictimaiyyət arasında tanınıb. Hadisənin dəqiq səbəbləri və vəkilin ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.

Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












