İcra başçısının möhtəkirlik etmiş sabiq nümayəndəsi məhkəmə zalında qandallandı

Gəncə Apellyasiya Məhkəməsində rüşvət almaqda, dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Elçin Abbasovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti rədd olunub, protest isə təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Belə ki, birinci instansiya məhkəməsinin hökmündən Cinayət Məcəlləsinin 70-ci (şərti tətbiqetmə) maddəsinin tətbiqinə dair müddəalar çıxarılıb.
Beləliklə, E.Abbasov Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunub.
Bununla yanaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilindiyi digər - CM-in 178.2.2, 178.2.3, 308.2 və 312-1.1-ci maddələri üzrə təyin olunmuş əsas və əlavə cəzalar da son qərara birləşdirilib. Nəticədə təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə qərarında həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Elçin Abbasovun 2022-2025-ci illərdə həbsdə saxlanıldığı 2 il 11 ay 21 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması nəzərdə tutulub. Yekun olaraq onun üzərində qəti olaraq 1 il 6 ay 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalında dərhal həbs edilib.
Qərarla Elçin Abbasovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Elçin Abbasov Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi və "Acı arx" Sudan İstifadəedənlər Birliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
İttiham aktına görə, o, 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat rüşvət alıb.
Sabiq məmur eləcə də suvarma üçün suyun verilişini öz maraqlarına uyğun həyata keçirdiyi üçün bir çox torpaq istifadəçilərinin təsərrüfatlarına qəsdən ziyan vurub.
Cinayət işi üzrə 21 nəfər zərərçəkmiş qismində tanınıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Abbasova şərti cəza verilmişdi.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO










