“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” - VİDEO

Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib. Avtosfer.az-ın məlumatına görə, qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.
G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş:
“Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.
O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.
DİN-dən bildirilib ki, rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Ətraflı “Baku TV”nin videomaterialında:
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












