İki kişi bir-birinə bıçaq və nərdivanla hücum etdi; polis ARAŞDIRMAĞA BAŞLADI - VİDEO

Paytaxtın Yasamal rayonu iki orta yaşlı kişi arasında dava düşüb.
Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən vətəndaşlardan biri insidenti lentə alaraq sosial şəbəkə hesabında paylaşıb. Hadisə oktyabrın 22-də axşam saatlarında Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Kadrlardan aydın olduğu kimi, dava zamanı tərəflərdən birinin əlində bıçaq, digərinin isə taxta nərdivan olub. Belə ki, nərdivan tutan şəxs qarşı tərəfi bir neçə dəfə bel nahiyəsindən vurub. Zərbələr nəticəsində digər şəxsin əlindəki bıçaq yerə düşüb. O, bıçağı götürərkən yenə vurulub. Daha sonra vurulan kişi qarşı tərəfə rus dilində bir neçə dəfə “Sənan etmə” deyərək xəbərdarlıq edib. Lakin digər şəxs buna məhəl qoymadan nərdivanla onun üzərinə getməyə davam edib. Bıçaqla silahlanan şəxs sonda pilləkəndən aşağı məhləyə qaçaraq özünü qorumağa çalışıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, mübahisəni əks etdirən görüntülərlə bağlı polis araşdırma aparır.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












