İki min manatdan lotereya oynadı - Toplanan pulunu ona vermədilər

Yevlaxda qeyri-adi dələduzluq hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakinləri arasında aylıq 1000 manatdan lotereya oynayan şəxslərdən biri – 1993-cü il təvəllüdlü Devran İsmayılov (şərti) bütün pulları toplayaraq özünə götürüb.
Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Devran Rusiyada yaşayan və tez-tez Yevlaxa gələn Nəsib adlı tanışını birgə lotereya oynamağa razı salıb. O, 14 nəfərin lotereyaya qoşulduğunu bildirib və tərəflər Nəsibin sonuncu olaraq lotereyanı götürməsinə razılaşıblar.
2 yerə, yəni 15-16-cı yerlərə lotereyada yer alan Nəsib 14 ay boyunca 28 min manatı Devrana göndərib. 14 ay tamam olduqdan sonra Nəsib öz növbəsində 2 dəfə 14000 manat olmaqla pul götürməli olub. Lakin Devran pulları ona verməyib.
Qarşı tərəfin şikayətindən sonra Devran həbs edilib. O, istintaq müddətində pulların 11 min manatını zərərçəkmiş tərəfə qaytarıb. Həmçinin müqavilə bağlayaraq 17 ay boyunca hər ay 1000 manat verməyi öhdəsinə götürüb.
Yevlax Rayon Məhkəməsi Devran İsmayılovu Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda zərər vurmaqla) maddəsi üzrə təqsirli bilib.
Ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












