İlan ən işlək qatar marşrutunun hərəkətini iflic etdi - FOTO

Yaponiyada ilan Tokio və Osaka şəhərləri arasında ən işlək sürət qatarı marşrutunun hərəkətini iflic edib. Buna səbəb bir metr uzunluğundakı ilanın elektrikötürücü xətlərin ətrafına dolanması olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.
Məlumata görə, ilan qısaqapanmaya səbəb olub.
Nəşr qeyd edib ki, hadisə genişmiqyaslı nəticələrə yol açıb. Belə ki, aprelin 30-dan Yaponiyada "Qızıl həftə" - milli bayramlar silsiləsi başlayıb və bu zaman yerli sakinlər aktiv şəkildə ölkə daxilində səfərlər edirlər. Bundan əlavə, Osakada "Expo 2025" sərgisi açılıb ki, bu da çox sayda turisti cəlb edib.
Qatarların hərəkətini yalnız saat yarımdan sonra bərpa etmək mümkün olub. Bütün bu müddət ərzində sərnişinlər qatarların içərisində gözləməli olublar.(oxu.az)

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












