İşə düzəltmək adı ilə qadının 5 minini mənimsədi – VİDEO

Özünü özəl mühafizə polisi kimi təqdim edən Ülvi Bədəlov bir nəfəri işə düzəltmək adı ilə 5100 manat pulunu mənimsəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə zərərçəkmiş Əliyeva Nahidə Zinhar qızı “Bizim.Media”ya müraciət edib.
Nahidə Əliyeva bildirib ki, onun kürəkəni ilə Ülvi Bədəlov tanış olublar. Ülvi ona lazım olsa, qohumlarını işə düzəldə biləcəyini bildirib.
Elə hər şey bundan sonra başlayıb.
Nahidə Əliyeva oğlunu işə düzəltmək üçün Ülvi Bədəlova müraciət edib. O, bu iş üçün Nahidə Əliyevadan 5100 manat pul istəyib. Nahidə Əliyeva pulun bir hissəsini ona verib. Digər hissəsini isə verəndə əlində sübut olsun deyə həmin görüntüləri lentə alıb. Ülvi Bədəlov ona 10 gün müddətində oğlunun işə çıxacağını deyib. Amma Nahidə Əliyeva nə qədər gözləsə də, Ülvidən bir xəbər çıxmayıb. Dəfələrlə ona müraciət etsə də, heç bir nəticə olmayıb.
Bundan sonra Nahidə Əliyeva polisə müraciət edib.
Sözügedən şikayətlə bağlı Ülvi Bədəlovla əlaqə yaratmaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və tezliklə məlumat veriləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












