İşıqforun qarşısını kəsən ağaclar qəzaya və cəriməyə səbəb olur - VİDEO

Yasamal rayonunda yerləşən tibb müəssisələrindən birinin qarşısında sürücüləri narahat edən ciddi problem yaşanır.
Bu barədə Avtosfer.az-a müraciət edən avtomobil idarəçilərindən biri bildirib ki, Əsəd Əhmədov küçəsində işıqfor var, lakin ağacların sıx budaqları səbəbilə işıqforu vaxtında görmək mümkün olmur.
Bu isə sürücülərin hərəkət zamanı çaşqınlıq yaşamasına və ehtiyatsızlıq nəticəsində yol hərəkəti qaydalarını pozmasına səbəb olur.
Sürücünün sözlərinə görə, sağa və sola yol ayrıcı olan bu hissədə işıqforun vaxtında görünməməsi sürücüləri qəfil dayanmağa və ya hərəkəti davam etdirməyə məcbur edir. Nəticədə həm təhlükəli vəziyyət yaranır, həm də işıqforun yandığını yalnız yaxınlaşdıqdan sonra görmək mümkündür.
İşıqforla bağlı yaranan vəziyyət ya hansısa qəza hadisəsinə, ya da yersiz cəriməyə səbəb ola bilər. Nəqliyyat vasitəsi idarəçiləri aidiyyəti qurumlardan məsələnin həll edilməsini xahiş edir.
Fidan
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












