İsmayıllıda dayı bacısı oğlunu döydü - İşə polis qarışdı

İsmayıllı Rayon Məhkəməsinin sürücüsünün qohumları kafedə dava salıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonu ərazisindəki kafelərdən birində baş verib.
Rayon sakini, 1967-ci il təvəllüdlü Sаrvаn Bаbаyev qardaşı oğlu, 2005-ci il təvəllüdlü İlhаm Bаbаyev və bacısı oğlu Elmаn Xəlilоv kafedə oturub yeyib-içiblər. Bir neçə saatdan sonra İlham Babayevlə Elman Xəlilov arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Sarvan Babayev qardaşı oğlu İlhamla birləşib, bacısı oğlu Elmanı döyüblər.
Elman Xəlilovun şikayətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
İşə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Tərəflər arasında barışıq elan olunmasa da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
E.Xəlilov qərardan narazı qalıb və apellyasiya şikayəti verib.
Şəki Apellyasiya Məhkəməsi işi yenidən araşdırıb, İsmayıllı Rayon Məhkəməsdinin qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan S.Babayev İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən S.Babayev İsmayıllı Rayon Məhkəməsinin sürücüsü Natiq Babayevin qardaşı, işdə adı hallanan İ.Babayev isə qardaşı oğludur. Hadisə nəticəsində zərərçəkmiş kimi tanınan E.Xəlilov isə Natiq Babayevin bacısı oğludur.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












