"Jeep" sürücüsünü qarət edənlərə ağır cəza istənildi - VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Rauf Salmanzadə və Tural Eyvazovun hər birinin ayrı-ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi mayın 12-nə saat 14:00-a təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2025-ci il fevralın 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə quldurluq əməlini törətməkdə şübhəli bilinən Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












