Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"

225 nömrəli məktəbin həyətində baş verən insidentdə iştirak edən şəxslərin kənardan gəldiyi barədə məlumatlar təkzib edilib.
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında məktəbin direktor müavini Zenfira Nursalova bildirib.
Onun sözlərinə görə, insidentdə iştirak edənlərin hamısı məktəbin 9-11-ci sinif şagirdləri olublar. Hadisə zamanı onların arasında yalnız bir nəfər məzun olub.
"Məktəbin həyətində kənar şəxslər olmayıblar. Yalnız bir nəfər məzunumuz olub. O da əvvəlcə məktəbdən kənarda idi. Hadisə vaxtı səs-küyə görə məktəbin həyətinə daxil olub.
Nə mühafizəçinin, nə də məktəb rəhbərliyinin sonradan həyətə toplaşan şəxslərlə hər hansı tanışlığı var. İnsident baş verdi və polis əməkdaşları həmin şəxsləri apardılar. Başqa heç nə baş verməyib.
Uşaqların məktəbli formasında olmadıqları barədə deyilənlər də doğru deyil. Hamısı məktəbli geyimində idilər, sadəcə, tənəffüs vaxtı olduğu üçün üst geyimlərini geyinmişdilər", - deyə Z.Nursalova qeyd edib.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












