Banner

Kameraları sındırıb oğurluq edən şəxs SAXLANILDI

Hadisə 6 Noyabr 2026 14:23
Kameraları sındırıb oğurluq edən şəxs SAXLANILDI
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb. O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.

Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh