Kamran Əsədovun SƏHHƏTİ PİSLƏŞDİ

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə K. Əsədov yenidən hakimə müraciət edərək ev dustlağına buraxılmasını istəyib.
O, səhhətində ciddi problem yarandığını, saxlanma şəraitindən onu qane etmədiyini, həyatının təhlükədə olmasını əsas gətirib. Həmçinin azyaşlı uşağının autizim xəstəsi olduğunu yenidən bildirib. Onun vəkilləri də bənzər məzmunda çıxış ediblər. Məhkəmə prosesi bitənədək Kamran Əsədovun digər alternativ cəza kimi ev dustaqlığı ilə əvəzlənməsini istəyiblər.
Vəsatət təmin edilməyib. Daha sonra şahidlərin dindirilməsinə başlanılıb.
Kamran Əsədov növbəti vəsatətlə çıxış edib, şahidlərin cavab kartlarının qrafik təsvirlərini istəyib. Lakin DİM-in nümayəndəsi abituriyentlərin şəxsi məlumatlarının yayılmasının yolverilməz olduğunu deyib.
Növbəti məhkəmə prosesi 9 aprel saat 15-00-a təyin olunub. \ Teleqraf.az
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












