Kanaldan 39 yaşlı kişi meyiti tapılıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Tovuz rayonunda su kanalında meyit tapılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib. Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.


Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












