Keçiddən keçməyən piyada sürücünün iradına görün nə cavab verdi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qayda pozan piyadaların görüntüləri qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 10-da saat 18:32 radələrində baş verib. Kadrlarda bir qrup piyadanın hərəkətdə olan nəqliyyat vasitələrini nəzərə almadan yolu təyin olunmamış hissədən keçdiyi görünür. Onlar yaxınlaşmaqda olan avtomobillərə diqqət yetirmədən yolun hərəkət hissəsinə daxil olublar.
Eyni zamanda görüntülərdə digər bir qrup piyadanın piyada keçidindən istifadə etməklə yolu qaydalara uyğun şəkildə keçdiyi də əks olunur. Lakin piyadalardan biri keçiddən deyil dayanmış avtomobilin qarşısından keçməsi sürücü tərəfindən iradla qarşılanıb. Sürücü yaxınlıqda piyada keçidinin mövcud olduğunu bildirərək vəziyyətə münasibət bildirib. Piyadanın cavabı isə “Təzə polissən?” ifadəsi olub.
Qeyd edək ki, qayda pozuntusu təkcə cərimə ilə ölçülmür, bu cür davranışlar sürücünün reaksiyasını gecikdirə, piyadanın isə özünü risk altına atmasına səbəb ola bilər. Yaxınlaşan nəqliyyat vasitəsini qiymətləndirmədən yolun istənilən nöqtəsindən keçmək, xüsusilə şəhər daxilində, saniyələr içində geri dönüşü olmayan nəticələr yarada bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












