Kəlbəcərdə traktor minaya düşdü - Xəsarət alan var - FOTO

Kəlbəcərdə traktor minaya düşüb. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə hadisə rayonun Susuzluq kəndində baş verib. Kəndin yaxınlığına traktor minaya düşməsi nəticəsində partlayış qeydə alınıb.Bu zaman Kürdəmir rayon sakini 1989-cu il təvəllüdlü Rəşadət Əsədov yüngül xəsarət alıb. Həmin şəxs xəstəxanaya aparılıb. Qeyd edək ki ötən gün Goranboyda Kəlbəcər rayon sakini 45 yaşlı Qabil Abbasov da minaya düşüb.
***
Kəlbəcərdə trakorun minya düşməsinin bəzi detalları məlum olub. Məlumata görə, Kəlbəcərdə yerləşən şirkətlərin birnə məxsus "Avtoqreyder" markalı traktor ( avtomobil yollarının, aerodrom örtüklərinin salınması) Susuzluk kəndi ərazisində yol çəklişi zamanı minaya düşüb. Bu zaman traktorun sürücüsü 36 yaşlı Rəşadət Əsədov xəsarət alaraq Kəlbəcərdə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Qeyd edək ki hadisənin baş verdiyi kənd də 2022-ci illin iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Bu gün baş verən hadisə ilə bağlı araşdırmaya başlanıb.




Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












