Kəlbəcərdəki yanğın davam edir - VİDEO

Kəlbəcər rayonunda noyabrın 28-dən başlayan yanğın hələ də nəzarətə götürülə bilmir. İlkin olaraq rayonun dağlıq-ötlaq sahələrində yaranan alov küləyin təsiri və çətin relyef səbəbindən sürətlə genişlənib.
Avtosfer.az xəbər verir ki, yanğın artıq Yuxarı Ayrım və Otaqlı kəndlərinin ətrafına doğru yayılıb, eləcə də Laçın rayonunun yüksək dağlıq hissələrinə keçib. Ərazinin dağ-meşə xarakterli olması yanğının həm aşkarlanmasını, həm də söndürülməsini xeyli mürəkkəbləşdirir.
Fövqəladə Hallar Nazirliyi hadisə yerinə əlavə yanğınsöndürmə qüvvələri cəlb edib. Hazırda bir neçə istiqamətdə paralel şəkildə söndürmə və lokalizasiya işləri aparılır. Yanğının qarşısının alınması üçün özəl avadanlıqla təchiz olunmuş qruplar və canlı qüvvə gücləndirilmiş rejimdə çalışır.
Hazırda alovlanma ocaqları tam söndürülmədiyi üçün bölgədə təhlükə davam edir. Rəsmi qurumlar əhaliyə müraciət edərək yanğın zonasına yaxınlaşmamağı və təhlükəsizlik qaydalarına riayət etməyi xahiş ediblər.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












