Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Avtosfer.az Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iş üzrə zərərçəkən qismində tanınan Könül Həmzəyevaya verilən suallarla davam edib. Həmzəyeva pulları təqsirləndirilən Röyal Masiyeva borc kimi vermədiyini bildirib:
"Röyal mənim ona olan inamımdan, etibarımdan sui-istifadə edib. Ona inandığım üçün verdiyim məbləğlərlə bağlı qəbz almamışam. Hər dəfə deyirdi ki, "Narahat olma, mən kişi oğluyam. Məndə heç kimin pulu batmaz". Pulumu tələb edəndən sonra məni şantaj etməyə başladı. Məni jurnalistlərlə hədələyərək deyirdi ki, "Səninlə mən yox, on nəfər vəkilim danışacaq". Qiyməti 14 min 800 dollar olan saatı götürmüşdü. Dedi ödəyəcəyəm, amma ödəmədi, saat qaldı üstümdə. Sonra bu saatı satıb, həyat yoldaşına maşın, bahalı çanta almışdı. Problemlərimiz mənə qaytarmağı söz verdiyi pulları verməyəndə başlayıb".
Növbəti proses noyabrın 17-də saat 09:00-a təyin olunub.
Xatırladaq ki, gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Röyal Ələddin oğlu Masiyevə salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin ona qarşı dələduzluq etdiyini bildirir. Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706 manat ödəməli olduğu halda bundan yayınır. K.Həmzəyeva R.Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi












