Körpüdə qəza oldu - 5 nəfər öldü

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda turistlər üçün nəzərdə tutulan asma körpüdə baş verən qəza nəticəsində 5 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı İli-Kazax Muxtar Dairəsinin Kommunist Partiyası Komitəsinin Təbliğat Şöbəsi yayıb. "WeChat" sosial şəbəkəsində yayılan açıqlamaya əsasən, hadisə yerli vaxtla saat 18:18-də Çzaosu rayonunun Monqolkürə bölgəsində qeydə alınıb. Qəzanın səbəbi asma körpünü saxlayan troslardan birinin qırılması olub. Nəticədə körpü əyilib və üzərində olan insanlar yerə düşüblər. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, onların həyatına təhlükə olmadığı bildirilir. Hadisənin baş verdiyi turizm zonasında fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












