Kreditlə maşın alan sakinlərin avtomobilləri sonradan əllərindən alındı - Bakıda lizing fırıldağı - VİDEO

Bir qrup Bakı sakini "Sundeer Cars" MMC-dən şikayətçi olub. Vətəndaşlar şirkətdən kreditlə aldıqları avtomobillərin müəyyən müddət sonra əllərindən alındığını bildirirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə APA TV-nin videomaterialında məlumat verilib.
Şikayətçilərin sözlərinə görə, onlar ilkin ödəniş və aylıq kredit ödənişlərini həyata keçirərək avtomobilləri əldə ediblər. Lakin sonradan məlum olub ki, avtomobillər şirkətin mülkiyyətində deyil, icarədə imiş. Nəticədə nəqliyyat vasitələri onların əllərindən alınıb. Zərərçəkənlər həm avtomobillərini, həm də ödədikləri pulları itirdiklərini iddia edirlər.
"Gecə saat 2 radələrində üç nəfər evimə basqın etdi və kreditlə aldığım maşını tələb etdi", - zərərçəkənlərdən biri bildirib.
Hazırda şirkət fəaliyyət göstərmir və vətəndaşların şirkətlə əlaqə saxlamaq üçün istifadə etdikləri nömrələrə zəng çatmır.
Daxili İşlər Nazirliyinə (DİN) daxil olan müraciətlər əsasında araşdırmalar aparılıb. Müəyyən edilib ki, bir qrup şəxs vətəndaşları aldadaraq kredit yolu ilə avtomobil satmaq vədi ilə pul vəsaitlərini ələ keçirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb və hazırda istintaq hərəkətləri davam etdirilir.
Hüquqşünas Ramil Süleymanov vətəndaşlara avtomobil krediti zamanı mütləq müqaviləni diqqətlə oxumağı, avtomobilin mülkiyyətçisi və müqavilənin şərtləri (kredit, icarə və s.) ilə yaxından tanış olmağı tövsiyə edib. O bildirib ki, müqavilənin dövlətin rəsmi sistemində girovda olduğunu yoxlamaq vacibdir. Aldadılmış vətəndaşlar isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməlidirlər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












