Lənkəranda köçəri quşlar kütləvi şəkildə tələf olub - FOTO

Xəzər dənizinin Lənkəran sahillərində köçəri quşların kütləvi ölümü qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, tələf olmuş quş cəsədləri şəhərin "Kiçik bazar" ərazisi yaxınlığındakı sahil zonasında daha çox müşahidə edilir.
Köçəri quşlardan hesab edilən dəniz qarabattağları sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların dibində tələf olmuş vəziyyətdə aşkarlanıb.
Yerli sakinlər bildirirlər ki, indiyədək belə kütləvi quş ölümü ilə qarşılaşmayıblar. Onların sözlərinə görə, sözügedən quşlar qış aylarında bölgəyə gəlir, mövsüm başa çatdıqdan sonra isə digər regionlara miqrasiya edirlər.
Mütəxəssislərin fikrincə, əsasən dəniz balıqları ilə qidalanan bu quşların kütləvi tələfi bir sıra amillərlə bağlı ola bilər. Ehtimallar arasında qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə və virus mənşəli xəstəliklər yer ala bilər.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacib olduğu bildirilir. Ekoloqlar quş nümunələrinin laborator müayinəsinin zəruriliyini vurğulayırlar.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO














