Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanın Todarai-Sinx şəhərində vəhşi leopard spirtli içki mağazasına soxularaq kütləvi panikaya səbəb olub və üç nəfəri yaralayıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə "İndia TV Hindi" telekanalı məlumat dərc edib. Hadisə anı anbaan videoya qeydə alınıb. Telekanalın yazdığına görə, mağazanın satıcısı Sancay Qurcar vəhşi heyvanın pəncə zərbələrinə məruz qalan ilk şəxs olub. Lakin o, rəşadət nümayiş etdirərək mağazanın qapı jalyuzlərini endirib və leopardı içəridə kilidləməyi bacarıb. Onun bu çevik addımı daha böyük bir faciənin qarşısını alıb. Xəsarət alan satıcı və iki müştəri təcili olaraq Racastan ştatının xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Caypur şəhərindən xüsusi xilasetmə qrupu çağırılıb. Xilasedicilər yuxugətirici iynədən istifadə edərək leopardı yatırıblar və müayinə üçün baytarlıq mərkəzinə aparıblar. Heyvanın yaxalanması əməliyyatı ümumilikdə beş saat davam edib. Mağazanın daxilindəki təhlükəsizlik kamerasına düşən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq böyük marağa səbəb olub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












