Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO

İlkin ödəniş olaraq 5500 manat verib avtomobil alan qadın həm pulundan, həm də avtomobilindən olub. Avtosfer.az-ın məlumatına görə, Tovuz sakini Elnurə Çobanova deyir ki, bu ilin aprel ayında "Sundeer Cars" lizinq şirkəti vasitəsilə "Changan A05" markalı avtomobil əldə edib. Onun sözlərinə görə, avtomobil üçün 5 min 500 manat ilkin ödəniş edib. Qalan məbləğ isə aylıq 1000 manat olmaqla 26 aylıq ödəniş qrafiki ilə rəsmiləşdirilib. Qadın bildirir ki, ilk aylıq ödənişi etdikdən sonra gözlənilməz hadisə ilə üzləşib. Elnurə Çobanovanın sözlərinə görə, avtomobilin hara aparıldığı və bunun hansı əsasla edildiyi barədə ona heç bir məlumat verilməyib. Məsələni aydınlaşdırmaq üçün "Sundeer Cars" lizinq şirkətini araşdırmağa başladıq. Öyrəndik ki, belə bir şirkət artıq yoxdur. Məlumata görə, polis əməkdaşları müraciətlər əsasında aparılan araşdırmalarla Müşfiq Abuzərlinin qabaqcadan əlbir olduğu şəxslərlə birgə kredit yolu ilə avtomobil satmaq vədi ilə, vətəndaşları aldadaraq pullarını ələ keçirmələrini müəyyən ediblər. Həmin şəxslərin dələduzluq əməlləri ilə bağlı Suraxanı rayon polis idarəsində cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












