"Lukoyl"da DƏHŞƏTLİ partlayış - Bu ölkədə

Rusiya neft sektoru üçün növbəti gecə olduqca gərgin və itkilərlə müşayiət olunub. Ukrayna Müdafiə Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Rusiyanın strateji neft emalı zavodları və logistik mərkəzləri ciddi zərər görüb.
Avtosfer.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəflərindən biri Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən "Lukoyl-Nijeqorodorqsintez" neft emalı zavodu olub. Hücum zamanı zavodun ən kritik infrastrukturlarından sayılan və neftin ilkin emalını həyata keçirən "AVT-6" qurğusu dəqiqliklə vurulub. Partlayışın ardınca müəssisənin ərazisində güclü yanğın başlayıb və istehsalat prosesi iflic olub.
Eyni vaxtda digər bir strateji nöqtə – "Yaroslavl-3" neftvurma stansiyası da hədəf alınıb. Hücum nəticəsində stansiyanın ümumi tutumu 140 min kubmetr olan dörd böyük neft rezervuarı zədələnib.
Bundan əlavə, Ukrayna hərbçiləri cəbhə xəttindən daxildə yerləşən Rusiya ordusuna məxsus bir neçə komanda-idarəetmə məntəqəsini, pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzlərini, böyük bir sursat anbarını və canlı qüvvənin cəmləşdiyi xüsusi məntəqələri də darmadağın edib. Müdafiə Qüvvələri bu zərbələrlə Rusiyanın hərbi logistikasına və yanacaq təminatına ağır zərbə vurduqlarını bəyan ediblər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












