Masazırda “BMW” yandı - Ölən var - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “BMW” və “HYUNDAİ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə “BMW”markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Digər avtomobil yanğından mühafizə olunub.
***09:12
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












