Masazırda yolu bağlayan beton maneə nə vaxt ərazidən götürüləcək? - VİDEO - YENİLƏNİB

"Sözügedən maneə o yola vətəndaşların təhlükəsizliyi məqsədi ilə qoyulub".
Bu məlumat Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilib.
"Xırdalan şəhəri və Masazır kəndinin kanalizasiya və tullantı sularını kənarlaşdıran 26 saylı nasosxanada yaranmış qəza səbəbindən həmin küçədə səyyar transformator və nasoslar quraşdırılıb. Hazırda nasosxanada təmir işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra vətəndaşların təhlükəsizliyi məqsədi ilə qoyulmuş maneə aradan qaldırılacaq.
Qeyd edək ki, vətəndaşlar üçün alternativ yol mövcuddur və həmin ərazidə yaşayan sakinlərə bu barədə məlumat verilib", - deyə məlumatda bildirilib./oxu.az
**
Abşeron rayonunun Masazır kəndində sürücülər üçün ciddi problem yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Qeyd olunub ki, kəndin içərisindən keçərək Sumqayıt istiqamətinə gedən yola beton maneə qoyulub.
"Artıq bir neçə gündür sözügedən küçədəki beton maneə buradan Bakı-Sumqayıt yoluna çıxışı məhdudlaşdırır. Nəticədə daha uzun marşrutlardan istifadə etməyə məcbur qalırıq. Maneənin ərazidən götürülməsi ilə bağlı isə heç bir tədbir görülmür", - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












