Maşına mindirib qəbiristanlığa apardı - Dəhşətli qətlin TƏFƏRRÜATI

Azərbaycanda namus söhbətinə görə qətl törədilib.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli oktyabrın 27-də saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu bıçaqlayıb.
Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törədən şəxs 44 günlük müharibə iştirakçısıdır. Qətlin namus söhbətinə görə törədildiyi deyilir. Belə ki, öldürülən şəxs bibisinin gəlininə sataşıb. Əliəkbər də qəsəbədə onu maşına mindirib aparıb qəbiristanlıq yaxınlığında bıçaqlayıb. O, daha sonra oğlanı xəstəxanaya çatdırsa da, Rüfət Rüstəmov yoldaca keçinib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












