Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO

Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qayda pozan skuter sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüləri “TikTok” sosial şəbəkəsində paylaşılıb. Kadrlardan göründüyü kimi, skuter sürücüsü sağ tərəfdən yaxınlaşan nəqliyyat vasitələrinə məhəl qoymadan hərəkətinə davam edir. O, nizamlanan yolayrıcında dayanmaq əvəzinə hərəkətini davam etdirərək yolayrıcına daxil olur. Bu zaman o, görüntünü qeydə alan avtomobilin qarşısına qəfil çıxaraq qəza şəraiti yaradır.
Videoda skuteri idarə edən gəncin sağ tərəfdən yaxınlaşan avtomobili gördüyü də aydın şəkildə əks olunub. Buna baxmayaraq, o, həm özünü, həm də sürücünü təhlükə atır.
Qeyd edək ki, nizamlanan yolayrıcında işıqforun müvafiq siqnalının tələbinə əməl etməli, hərəkətə icazə verilməyən halda yolayrıcına daxil olmamalıdır.
Nərmin
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - VİDEO
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












