Meksikada avtomobil partladıldı: İki polis öldü, xeyli yaralı var

Meksikanın mərkəzi hissəsində - Oxokalyente şəhərində polis şöbəsinin önündə saxlanılan avtomobilin partladılması nəticəsində azı iki hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.
Məlumata əsasən, hadisə şəhərdə keçirilən bayram tədbirləri zamanı qeydə alınıb. Bildirilir ki, daha 15 nəfər qəlpə yaraları alıb və xəsarət alanlar arasında azyaşlı körpə də var. Zərərçəkənlərə yerli xəstəxanalarda lazımi tibbi yardım göstərilir.
İlkin ehtimallara görə, maşına partlayıcı maddə həmin ərazidə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin üzvləri tərəfindən yerləşdirilib.
Qeyd edək ki, Oxokalyente bölgəsi, eləcə də Sakatekas ştatının mərkəz və cənub-şərqində yerləşən bir çox digər bələdiyyələr son illər narkokartellər arasındakı münaqişələrin mərkəzinə çevrilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












