Məktəbdə zəhərlənən 10 şagird evə buraxıldı - YENİLƏNİB

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
***10:11
Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb.
Avtosfer.az xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
***09:36
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi kütləvi zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.
Məktəbdən Avtosfer.az-a bildirilib ki, dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:
"Dərhal şagirdlər xəstəxanaya çatdırılıblar. Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilib.
***
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.
Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












