Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşadılar - Sürücü həbs edildi

Ötən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdlü Qüdrət Məlikova hökm oxunub.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs sürücülük hüququ olmadan traktorla Gəndob-Yalama yoluna çıxıb. Bu zaman qaydaları pozub və əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə, “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı “VAZ”da olan sərnişinlərdən - 1992-ci il təvəllüdlü Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib. Onun övladı, eləcə də Şabran rayon sakinləri - 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bildirilib ki, hadisə günü G.Aslanova övladı, bacısı qızı və digər tanışları ilə birlikdə kənd məktəbində Novruz bayramı şənliyində iştirak ediblər. Onlar kənddən evə qayıdarkən dəhşətli hadisə ilə üzləşiblər.
Məhkəmədə mərhumun həyat yoldaşı qəzaya səbəb olan traktor sürücüsündən şikayətçi olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Qüdrət Məlikov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib. Ona 6 il həbs cəzası verilib.
İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca qandallanıb.

Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












