Məmur nənəsinin qarajından 653 min dollar tapdığını dedi - Qurumlar inanmadı

Ukraynanın Dövlət Ekoloji Müfəttişliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Subbotenko gəlir bəyannaməsində mərhum nənəsinin qarajında 653 min dollardan çox nağd pul tapdığını göstərib.
Avtosfer.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, məmur nənə-babasının keçmiş SSRİ ərazisində səyahətlər zamanı və xaricdəki işgüzar əlaqələri vasitəsilə xeyli pul qazandıqlarını iddia edib.
O, ailədə bir qayda olaraq pulu hər zaman ABŞ dolları valyutası ilə saxladıqlarını bildirib.
Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin apardığı araşdırma nəticəsində Subbotenkonun nənəsinin Xarkovdakı dövlət müəssisələrində texniki və uçot xarakterli vəzifələrdə çalışdığı, 1984-cü ildə işdən azad edildiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı ortaya çıxıb. Bununla da, məmurun iddialarını təsdiq edən məlumat aşkar olunmayıb. Nəticədə agentlik qeyri-dəqiq məlumatın bəyan edilməsi əlamətlərinin mövcudluğu barədə nəticəyə gəlib.
Subbotenkonun nənəsinin 1992-ci ildə tərtib olunmuş vəsiyyətnaməsində isə hər hansı yüksək məbləğdə vəsait barədə qeyd aşkar edilməyib.
Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












