Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar istəyən şəxs həbs olundu

Azərbaycanda yüksəkvəzifəli şəxslərdən birinin evinə qanunsuz olaraq gizli kamera quraşdıraraq intim görüntülərini əldə edən 1987-ci il təvəllüdlü Elvin Əhmədovun (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qarşı tərəfi bu görüntülərlə şantaj edərək külli miqdarda pul ələ keçirən təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Elvin tanışlarının vasitəsilə vəzifəli şəxsin evinin açarını qanunsuz olaraq ələ keçirib və mənzilə gizli kamera quraşdırmağa nail olub. O, bundan sonra həmin şəxsdən 5 milyon dollar pul tələb edib. Zərərçəkmiş şəxs isə görüntülərin yayılmasından ehtiyat edərək onu şantaj edənlərə 840 min ABŞ dolları ödəyib.
Prosesin davamında isə zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına baş verənlərlə bağlı şikayət ərizəsi ilə müraciət edib. Nəticədə qanunsuz əməllərlə məşğul olan Elvin Əhmədov cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












