Məşhur klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək - FOTO

Sumqayıt şəhərində yerləşən "Liman" klinikası qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə buna dair qərar qəbul edib.
İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə "Liman"da cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.
Sonradan prokurorluqda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.
Fotoda Əfqan Ağagülov

İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq "Liman" klinikasından və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.
Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Ağagülovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.

Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, "Liman Qrup" MMC iddaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.
Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.

Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












