Məşhur müğənni SAXLANILDI - YENİLƏNİB

Xaricdən qayıdarkən İstanbul Hava Limanında saxlanılan məşhur türkiyəli müğənni Edis məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində barəsində saxlanma qərarı verilən sənətçi hava limanında polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Dindirildikdən sonra ondan qan və saç nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Prosedurlar tamamlandıqdan və ifadəsi alındıqdan sonra Edis məhkəmə nəzarəti qətimkan tədbiri ilə azadlığa buraxılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Müğənni daha əvvəl məsələ ilə bağlı açıqlamasında qeyd etmişdi ki, bütün rəsmi proseslərdə əməkdaşlığa hazırdır:
“Qeyd olunan məsələlərlə heç bir əlaqəm yoxdur. Vicdanım təmizdir və siz də təmiz olmalısınız”.
***27 fevral, 14;11
Türkiyədə tanınmış müğənni Edis Görgülü "narkotik maddə saxlamaq və satmaq" ittihamı ilə saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Haqqında həbs qərarı verilən, lakin xaricdə olduğunu iddia edən müğənni Edis Görgülünün hava limanında saxlanıldığı bildirilir.
Qeyd edək ki, Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












