Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT

Hövsan qəsəbəsində bir qrup şəxsin əvvəlcədən tanıdıqları bir vətəndaşı zorla qaçırmağa cəhd etdiyi insidentlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Avtosfer.az “Bakupost”a istinadən xəbər verir ki, insident iştirakçıları arasında “Təhqiqat TV”nin rəhbəri, tanınmış prodüser Roland Bayramov və “Simsel” şirkətinin icraçı direktoru Sübhan Əzizovun da adı çəkilir.
Əldə etdiyimiz digər məlumata əsasən, görüntülərdə əks olunan hadisə tərəflər arasında yaranmış pul mübahisəsi zəminində baş verib.
Hadisə iştirakçılarının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
Məsələ ilə bağlı “Simsel” şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, Sübhan Əzizov hazırda polis bölməsindədir.
Qeyd edək ki, Roland Bayramov uzun müddət tanınmış şəxslərlə çalışıb, müxtəlif konsertlərin təşkilatçısı kimi fəaliyyət göstərib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












