Metroda yanğın: Sərnişinlər təxliyə edildilər - FOTO - VİDEO

Türkiyənin İstanbul şəhərində metro xəttində hərəkətdə olan qatarda yanğın baş verib.
Avtosfer.az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, hadisə səhər saatlarında "Mahmutbey" stansiyasında qeydə alınıb.
Bildirilir ki, stansiyaya yaxınlaşan qatar tüstülənib, sonra yanğın başlayıb. Qatar stansiyaya daxil olduqdan sonra sərnişinlər dərhal təxliyə ediliblər.
Tüstü səbəbindən stansiyada qısa müddətlik təlaş yaşanıb. İşçilər yanğınsöndürmə balonları ilə müdaxilə edərək alovu söndürüblər. Təhlükəsizlik tədbirləri çərçivəsində "Mahmutbey" stansiyası müvəqqəti olaraq bağlanıb.
Araşdırmalardan sonra məlum olub ki, yanğın qatarda əyləc sistemində yaranan nasazlıqdan qaynaqlanıb. Hadisədən sonra qatar depoya aparılıb.
İnsident zamanı xəsarət alanların olmadığı vurğulanıb.

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












