Mikroavtobusda qardaşının keçmiş arvadını döyən qadına hökm oxundu

Neftçala Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pakizə Səfərovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə qazancının 15 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla o, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
İttiham aktına əsasən, hadisə 27 aprel 2025-ci il tarixdə, saat 17:30-da Neftçala-Bankə marşrutu üzrə hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobusda qeydə alınıb.
Belə ki, Pakizə Səfərova mikroavtobus hərəkətdə olarkən, heç bir əsaslı səbəb olmadan orada səs-küy salaraq nalayiq ifadələr işlədib. Sonra o, nəqliyyat vasitəsində sərnişin olan, qardaşının keçmiş arvadı, zərərçəkmiş Mahirə Kərimzadənin (adı və soyadı şərtidir) saçından tutub, yumruqla sifət nahiyəsinə zərbə vuraraq ona xəsarətlər yetirib.
Daha sonra Pakizə Səfərova saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












