"MilliÖn" və "E-Manat"dan 98 minə yaxın pul oğurladı - Məhkəmə qərarı

Bakıda fəaliyyət göstərən bir neçə marketdə oğurluq hadisəsi baş verib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, cinayəti törədən şəxsi hədəfi "MilliÖn" və "E-Manat" ödəmə terminalları olub.
O, "Adəm" marketdəki "MilliÖn" aparatından 2 281 manat, "Spar" markedəki "E-Manat" aparatından 6 166 manat, "Cənub" marketdəki "E-Manat" aparatından isə 7 753 manat oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs yaxalanıb.
Qulam Nadirova (şərti) Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib və məhkəməni qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Xəzər Rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə aparılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O əlavə edib ki, oğurluğu şəxsi ehtiyaclarını ödəməyə görə edib. Məhkəmənin hökmü ilə Qulam Nadirova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












