Milyarder və qardaşı oğlu CƏRİMƏLƏNDİ

SEC (U.S. Securities and Exchange Commission) korrupsiya və dələduzluqda ittiham olunan hindistanlı milyarder Qautam Adani ilə bağlı işi dayandırıb. Tənzimləyici qurum cənab Adani, onun qardaşı oğlu Sajjar Adani və “Adani Green Energy” şirkətinə qarşı irəli sürülən ittihamlardan imtina edib. Razılaşmanın şərtlərinə əsasən, onlar 18 milyon dollar - Qautam Adani 6 milyon dollar, Saqar Adani isə 12 milyon dollar cərimə ödəyəcəklər.

Qautam Adani
Avtosfer.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi və Xarici Aktivlərə Nəzarət İdarəsi, hansı ki, cənab Adaniyə qarşı ayrıca araşdırmalar aparır, yaxın vaxtlarda onları başa çatdırmağı planlaşdırır.
Asiyanın ən varlı insanı olan və sərvəti 82 milyard dollardan çox qiymətləndirilən Qautam Adaniyə qarşı araşdırma 2024-cü ilin noyabrında başlanıb. O, günəş enerjisi sahəsində fəaliyyət göstərən “Adani Green Energy” şirkətinin fəaliyyəti ilə əlaqədar dələduzluq və korrupsiyada ittiham olunurdu. Daha sonra hindistanlı milyarder İrana qarşı sanksiyaların pozulmasında da ittiham edilib.
Lakin indi ABŞ hakimiyyəti bütün bu ittihamlardan imtina etməyə hazırdır. NYT yazır ki, bu qərar cənab Adaninin ABŞ prezidenti Donald Trampın şəxsi vəkillərindən biri olan Robert Cuffronun (kiçik) rəhbərlik etdiyi yeni hüquqşünaslar komandasını işə götürməsindən sonra verilib.
KİV-in məlumatına görə, hindistanlı milyarderin hüquqşünasları SEC və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı cənab Adaninin ABŞ iqtisadiyyatına 10 milyard dollar investisiya yatıracağını vəd ediblər.
Razılaşma xəbərindən sonra, "Adani Enterprises"in səhmləri 1,8%, rüşvət iddialarının mərkəzində olan "Adani Green" şirkətinin səhmləri isə 0,6% artıb(FED.az).
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












