Mingəçevirdə ər arvadına xəsarət yetirdi - Polis şübhəli şəxsi saxladı

Mingəçevirdə ailədaxili münaqişə qanlı hadisə ilə nəticələnib.
Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən yaşayış binalarından birində baş verib.
Belə ki, şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Xəsarət alan qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılaraq hospitalizasiya olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
***
Mingəçevirdə bıçaqlanan 2003-cü il təvəllüdlü T.Kərimovanın son durumu açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, saat 17:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - VİDEO
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












